EN

Ukrayna münaqişəsində kim qalibdir? Rubiodan diqqətçəkən sözlər

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kiminsə qələbə qazandığını düşünmürəm. Hazırda ruslar yaralılar və öldürülənlər daxil olmaqla, hər həftə yeddi–səkkiz min hərbi qulluqçu itirir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. 

“Ukrayna xüsusilə də enerji infrastrukturasına qarşı gecə hücumları səbəbindən böyük zərər çəkib. Ölkəni bərpa etmək üçün milyardlarla dollar və uzun illər tələb olunacaq. Bu, mənasız bir müharibədir.

Biz unikal vəziyyətdəyik.  Dünyada yeganə ölkə olaraq hər iki tərəfi danışıqlar masasına toplaya və razılaşdırılmış şərtlərlə müharibənin başa çatması imkanını müzakirə edə bilirik. ABŞ bu məsuliyyətdən imtina etməyəcək”, – deyə o bildirib.

Rubio Ukrayna münaqişəsi barədə bəzən daha optimist, bəzən isə fərqli hiss etdiyini vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
108
globalinfo.az

1Sources