Bakı. Trend:
Pakistanın cənubundakı Sind vilayətinin Xayrpur rayonundaavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlakolub, səkkiz nəfər yaralanıb.
Trend xəbər verirki, bu barədə Dawn qəzeti polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza avtobussürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, faktlabağlı araşdırma aparılır.