EN

FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) hazırlıqla əlaqədar toplantı təşkil olunub.

Bu barədə Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, eləcə də mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin olunmasının vacibliyi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası çərçivəsində görülən hazırlıq işlərinin tərkib hissəsidir.

Chosen
27
17
hafta.az

10Sources