EN

Bu halda alimentin məbləği artırılır - QAYDA 

Azərbaycanda alimentin məbləğinin dəyişdirilməsi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilir.


Manset.az-ın Milli.Az-a istinadən məlumatına görə, bu, Ailə Məcəlləsinin 112.1-ci maddəsində əksini tapıb.

Qanunvericiliyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Belə ki, əgər aliment öhdəliyi olan şəxsin qazancında (gəlirində) artım olmuşsa, o zaman siz alimentin artırılması üçün ilk öncə mediasiya prosesindən keçməlisiniz. Əgər mediasiyada alimentlə bağlı razılığa gələ bilməsəniz, alimentin artırılması tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bunun üçün mediasiya xərci 60 AZN təşkil edir. Məhkəməyə isə dövlət rüsumu ödəməkdən azadsınız.  

Chosen
31
10
manset.az

10Sources