EN

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynanın 2025-ci ilin noyabrında vəzifəsindən ayrılmış sabiq energetika naziri German Qaluşşenko fevralın 15-nə keçən gecə ölkə sərhədini keçməyə cəhd edərkən saxlanılıb.Bizim.Media xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” və “RBK-Ukraina” nəşrləri mənbələrə istinadən məlumat yayıb. “Ukrainskaya pravda”nın məlumatına görə, Qaluşşenko qatardan düşürülüb.

 

Nəşrin mənbəsi bildirir ki, sərhəd xidmətinin əməkdaşları Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) sorğusu əsasında hərəkət ediblər. Məqsəd sabiq nazirin sərhədi keçməyə mümkün cəhdinə dair məlumat toplamaq olub.

Qeyd edək ki, Qaluşşenko Timur Mindic işi üzrə araşdırmalarda da adı hallanan şəxslərdən biri kimi göstərilib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
1
bizim.media

10Sources