EN

Rusiya 100 min qadını orduya çağırır

Rusiya Müdafiə Nazirliyi qadınları müqaviləli xidmətə daha fəal şəkildə cəlb etmək planına başlayıb. Səbəb arxa cəbhənin dərinliklərində strateji obyektlərin qorunması zərurətidir.

Turkustan.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“Qadınlar əla hücum dəstələri deyillər, amma potensial olaraq pilotsuz təyyarəni vura bilərlər. Yaya qədər əlavə 100 min rus qadınını orduya cəlb etmək istəyirik. Onların ödənişləri hərbi əməliyyatda iştirak edənlərlə eyni olmayacaq”, - mənbə bildirib./axar.az/

Chosen
28
8
turkustan.az

10Sources