EN

ABŞ terrorçuluqla mübarizə çərçivəsində Nigeriyaya hərbi təchizatlar göndərməyə başladı

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Nigeriyanın şimal-şərqinə, terror qruplaşmaları ilə mübarizənin getdiyi bölgəyə hərbi təyinatlı yüklərin daşınmasına başlayıb.

Redaktor.az bu barədə "Vanguard" qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, azı üç hərbi-nəqliyyat təyyarəsi Nigeriya Silahlı Qüvvələrinin Borno ştatındakı bazasına sursatlar da daxil olmaqla bir partiya təchizat çatdırıb.

"Nigeriya və ABŞ arasındakı danışıqların yekunu olaraq, Vaşinqton bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm də üsyançılarla mübarizə üçün döyüş sursatlarının tədarükü də daxil olmaqla zəruri logistik dəstək göstərəcək", - deyə qəzet Nigeriya Silahlı Qüvvələrin Baş Qərargahındakı mənbəsinə istinadən məlumat verib.

Söhbət "Boko Haram" və "Qərbi Afrika Vilayəti İslam Dövləti" (ISWAP) qruplaşmalarına qarşı mübarizədən gedir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
1
redaktor.az

2Sources