Şair Musa Ələkbərli vəfat edib.
Azreform.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.
Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nun Filologiya fakültəsini bitirib. "Gənclik" nəşriyyatında "Yeniyetmələr üçün ədəbiyyat" redaksiyasının redaktoru vəzifəsində işləyib.
Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə" ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. "Məndən şer istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsində çalışıb.