Bu gün Naxçıvan Muxtar Respublikasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.
SİA-nın yerli bürosu xəbər verir ki, imtahan iki binada təşkil olunub və ümumilikdə 542 bakalavr iştirak edib.
İmtahan prosesinə nəzarətin səmərəli təşkili məqsədilə 6 imtahan rəhbəri və 56 nəzarətçi-müəllim ayrılıb.
Qeyd edək ki, imtahan saat 11:00-da başlayıb.