EN

Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı

Builki Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.
BUTA.TV xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib. O bildirib ki, sözügedən qərar Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə xaricdə və bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - Cahangiri bildirib.

Chosen
29
10
buta.tv

10Sources