EN

Bahar Muradova: Ailə Konsepsiyası üzərində iş davam edir

BAKI, 15 fevral. TELEQRAF

Ailə Konsepsiyasının tez bir zamanda başa çatmasına çalışacağıq, hazırda iş gedir.

BunuTeleqraf-ın sualına cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qaranlıqdan sonra..." adlı tədbirdə deyib.

O bildirib ki, buna görə bütün tərəflərin fəaliyyət istiqamətlərini və üzərinə qoyulacaq vəzifələri tam müəyyən etmək üçün müxtəlif müzakirələr aparılır.

"Həm ictimai müzakirələr, həm işçi qruplar səviyyəsində, həm də mütəxəssislərin qatıldığı müzakirələrdir. Bunların hər biri çoxsaylı və geniş mövzuları əhatə edir. Onların hamısını bir sənədə cəmləmək elə də asan məsələ deyil. Nəzərə almalıyıq ki, sənədin tərtibatında bütün tərəflər iştirak etdiyi kimi yekun nəticəsinə də bütün tərəflər razılıq verməlidir.Sənəd gələcəkdə onun icrasına cəlb olunacaq qurumların mövqelərini tələb edir", - sədr əlavə edib.

O qeyd edib ki, Ailə Konsepsiyası çox vacib bir sənəddir və cəmiyyətin bütün təbəqələri buna cəlb olunacaq.

Chosen
86
teleqraf.com

1Sources