EN

"Neftçi" "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

Adalet.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub. Komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib. 

Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində “Sumqayıt” 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir. 

Qeyd edək ki, tura sabah keçiriləcək ik oyunla yekun vurulacaq. 

Chosen
39
6
adalet.az

10Sources