EN

Dam örtüyü almaq istəyən şəxs dələduzluqla üzləşibVİDEO

Dam örtüyü almaq istəyən vətəndaş 1025 manatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Göyçayın Çaxırlı kənd sakini Ramal Abdullayevin başına gəlib.

Zərərçəkmiş deyir ki, elan saytlarından birində münasib qiymətə dam örtüyü satışı ilə bağlı paylaşım görüb və satıcı ilə əlaqə saxlayıb. Razılaşmadan sonra pulu həmin şəxsin hesabına köçürüb, lakin məhsul gətirilməyib.

Zərərçəkən deyir ki, ödənişdən sonra satıcı müxtəlif bəhanələr gətirib, daha sonra isə telefonu tamamilə söndürüb. Bundan sonra Ramal Abdullayev yük avtomobili sürücüsü ilə əlaqə yaradıb. Sürücü də hər dəfə müxtəlif bəhanələr gətirərək onu inandırmağa çalışıb.

İndi zərərçəkmiş həmin şəxslərdən pulunu tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Xəzər Xəbər"ə bildirildi ki, Göyçay rayon sakini Ramal Abdullayevin qeyd olunan məsələ ilə bağlı müraciəti əsasında təhqiqat araşdırmalarına başlanılıb. Polis əməkdaşları əməli törədən şəxsin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
124
1
xezerxeber.az

2Sources