Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi serialın aktyor heyətinə yeni aktyor qatılır.
KONKRET.az xəbər verir ki, serialda Eşrefin Nisanın əsl şəxsiyyətini öyrənməsinə çox az qalıb. Bu kritik məqamda ssenariyə yeni bir obrazın daxil edilməsi qərara alınıb.
Serialın heyətinə daxil olacaq sürpriz isim Erol Babaoğludur. “Altın Portakal” mükafatı laureatı olan təcrübəli aktyorun növbəti bölümlərdə tamaşaçı qarşısına çıxacağı gözlənilir.
Erol Babaoğlunun serialda hansı xarakterə həyat verəcəyi hələlik gizli saxlanılır.\\Sfera.az
