EN

Əkrəm Həsənov: “Azərbaycan gənci siyasi müxaliflikdən uzaq durmalıdır”

Azərbaycan gəncliyi yeddi şeydən qəti uzaq durmalıdır: 1) əyyaşlıq; 2) narkomaniya; 3) qumar; 4) LGBT; 5) siyasi müxaliflik; 6) etnosçuluq; 7) dini radikalizm. Azərbaycan kimi kiçik ölkədə siyasi müxaliflik hər şey bir yana (perspsektivsizlik və s.) xarici dövlətlərin əlində oyuncaq olmaqdan başqa bir şey deyil. Bu işdə gənclər siyasətbazların əlində alətdir. Eyni zamanda təbii, pozulmuş haqların müdafiəsi naminə qanun çərçivəsində sivil mübarizə aparmaq və bu əsnada dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirərək onları tənqid etmək lazımdır.

 

Bildirilir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki, etnosçuluq dövlətçiliyin düşmənidir, çünki ölkəni mifik superetnosçu dövlətin tərkibinə qatmaq istəyir: “Etnosçuluq faşizmdir, çünki digər etnoslara mənfi münasibəti ehtiva edir. Etnosçuluq primitiv (təmiz etnos yoxdur onsuz da) və zərərli ideologiyadır, çünki müasir dövlətlər etnosa deyil, millətə söykənir, millət isə bir sıra etnosun birliyidir (bütün kiçik etnoslar onsuz da tədricən yox olacaq), buna görə də etnosçuluq dövləti parçalayır və digər dövlətlərə yem edir. Təbii, hər kəsin özünü hansısa etnosa aid etməsi onun haqqıdır. Dini radikalizm dövlətçiliyin düşmənidir, çünki ölkəni mifik iri dini dövlətin tərkibinə qatmaq istəyir. Dini radikalizm digər insanlara mənfi münasibəti təbliğ edir. Ən əsası isə dini radikalizm elə dinin özünə ziddir. Hər bir dinə görə bu dünya düzələn deyil. Hər kəs öz xilasını düşünməlidir. Buna görə də əsl dindar hansısa dini dövlətin qurulmasını deyil, axirətdə öz xilasını düşünməlidir. Təbii, hər kəsin dininə etiqad etmək onun haqqıdır. Odur ki, gənclər bu zərərli şeylərin arxasınca getmək əvəzinə, həqiqi təhsil (sadəcə diplom yox) almalı və elmlənməlidir. Və sağlam ailə qurmaq lazımdır. Müasir təbliğatın təsiri altında romantik ailə qurmaq lazım deyil. Belə ailələr tez dağılır. Elə ailə qurmaq lazımdır ki, kişi onun başçısı olsun, arvad da sevə-sevə ona itaət etsin”.


Chosen
60
3
azia.az

4Sources