EN

Süni intellekt tərəfdaşları ilə görüşlər üçün kafe açılıb...

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görünür, sahibləri insanların mürəkkəb, proqramların isə daha etibarlı olduğuna qərar veriblər...

...Nyu-Yorkda qeyri-adi görüşlər təklif edən yeni bir kafe açılıb- tərəfdaşlar süni intellektdir.

SİA bu barədə “İzvestiya” nəşrinə istinad edir.

...Sevgililər günündən əvvəl Nyu-Yorkda insanların mürəkkəb, proqramların isə daha etibarlı olduğuna qərar veriblər. Bu yaxınlarda açılan şərab barında insanlar smartfonlarla görüşlərə gəlirlər. Şamlar, şərab və... şəxsiyyəti, emosiyaları və iddiaları olmayan ideal tərəfdaş. Görünür, ideal münasibət digər insanın fiziki olaraq mövcud olmadığı münasibətdir, - deyə qəzet bölüşür.

Kafenin özündə həm tipik cütlüklər, həm də subaylar barda otururlar.

Sonuncular, ehtimal ki, neyron şəbəkəsi ilə görüşdədirlər.

...Yeri gəlmişkən SİA bir müddət bundan əvvəl amerikalı bir kişinin süni intellektli sevgilisi ilə uşaq sahibi olmağı planlaşdırdığını bildirmişdi.

Süni intellektlə münasibətlər artıq elmi fantastika əsərləri kimi görünmür.

...“Virtual yoldaşlar” kimi hazırlanmış çatbotlar getdikcə insanlar üçün emosional dəstək, yaxınlıq və sabitlik mənbəyinə çevrilir - real həyatda çatışmayan şeylər.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
sia.az

2Sources