EN

Belqradda ən hündür binalardan birinə Azərbaycan bayrağı proyeksiya OLUNDU

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ən hündür binalardan birinin üzərinə proyeksiya olunub.

Redaktor.az xəbər verir ki, paytaxtın simvollarından sayılan və Teleqüllədən sonra şəhərin ikinci ən hündür tikilisi olan "Belqrad qülləsi" (St. Regis Belgrade hoteli) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu addım Azərbaycan Prezidenti İlham ƏliyevinSerbiyaya rəsmi səfəri ilə əlaqədar olaraq atılıb. Şəhərin bir çox nöqtəsindən aydın görünən bu görüntülər iki ölkə arasındakı yüksəksəviyyəli strateji tərəfdaşlığın və dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirilib.

Qeyd edək ki, "Belqrad qülləsi" müasir memarlıq nümunəsi olmaqla yanaşı, Serbiyanın ən mühüm infrastruktur layihələrindən biri hesab olunur.

Chosen
48
2
redaktor.az

3Sources