EN

Beyləqanlı fermerlər “P Aqro”ya təhvil verdikləri pambığın pulunu ala bilmirlər – VİDEO

Beyləqanlı pambıqçılar ötən il təhvil verdikləri məhsulun pulunu hələ də ala bilmirlər.

Fermerlərin sözlərinə görə, ötən il pambıq tədarükündə yüksək nəticələr göstərsələr də, bu gün ciddi problemlə üz-üzə qalıblar.

NOCOMMENT.az xəbər verir ki, onlar müqavilə bağladıqları şirkətə məhsulu təhvil veriblər, lakin ödənişlərini ala bilmədiklərini deyirlər.

Fermerlər bildirirlər ki, pambıq sentyabr ayında qanunauyğun şəkildə qəbul edilib, çəkisi və analizləri aparılıb. Ancaq aylar keçməsinə baxmayaraq, ödəniş edilməyib.

Fermerlərin sözlərinə görə, əsas əlaqə saxladıqları şəxs “P Aqro” MMC-nin Beyləqan filialının direktoru Əsəd Hacıyev olub. Onlar dəfələrlə müraciət etsələr də, aldıqları cavablar onları qane etməyib.

Məsələ ilə bağlı “P Aqro” MMC-nin direktoru Əsəd Hacıyev ilə əlaqə saxladıq. Şirkət rəhbərliyindən bildirildi ki, fermerlərdən qəbul edilən pambıq satış müqaviləsi bağlanan şirkət tərəfindən ixrac olunub. Məhsulun pulu hələ alınmadığı üçün fermerlərə olan borcun ödənilməsində gecikmə yaranıb. Yaxın günlərdə problemin həll ediləcəyi qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
66
1
nocomment.az

2Sources