EN

Bu piyada zolağı müzakirələrə səbəb olub – VİDEO

Bakıda çəkilmiş piyada zolağı müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsindən gedir.

Bir müddət əvvəl ərazidə piyadaların yolu keçməsi üçün zolaq çəkilib. Lakin zolağı keçdikdən sonra piyadaların hərəkəti nəzərə alınmayıb. Piyada zolağı yoldan təxminən yarım metr hündürdə olan piyada səkisində bitir, buradan keçən piyadalar da məcbur qalıb yolun kənarı ilə hərəkət edirlər.

Elə piyadalar da bildirirlər ki, bu zolaq onlarda çaşqınlıq yaradır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə səkinin düzəldilməsi ilə bağlı layihə hazırlanaraq aidiyyəti quruma göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
87
3
nocomment.az

4Sources