EN

Almaniya sərhəd nəzarətini daha altı ay uzadacaq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 16 fevral, AZƏRTAC

Almaniya hakimiyyəti sərhəd nəzarətini 15 sentyabra qədər uzatmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, müvafiq bildiriş tezliklə Avropa Komissiyasına göndəriləcək. Sərhəd nəzarəti Almaniyada miqrasiya siyasətinin yenidən qurulmasının bir hissəsidir.

Qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş ötən ilin mayın 7-də də ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
9
azertag.az

10Sources