G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra birgə bəyanat verilib.
ABŞ Dövlət Departamenti tərəfindən yayılan sənədə görə, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüş iştirakçılarının İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə etdikləri də qeyd olunub.
Nazirlərin İsrail və HƏMAS arasında atəşkəsin tam şəkildə həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıblar.