EN

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

Bizim.Media İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur. (Apa.az)

Bizim.Media
 

Chosen
90
6
bizim.media

7Sources