EN

165 milyon dəyərində kokain daşıyan gəmi ələ keçirilib

Salvador Hərbi Dəniz Qüvvələri Sakit Okeanda ölkə tarixində ən böyük narkotik daşıyan gəmini ələ keçirib.

Ucnoqta.az bildirir ki, bu barədə Prezident Nayib Bukele məlumat verib. Gəmidə 6,6 ton ağırlığında və 165 milyon dollar dəyərində narkotik vasitə olub.

Prezidentin sözlərinə görə, müsadirə edilən yükün dəyəri təxminən 165 milyon dollar qiymətləndirilir. 54 metr uzunluğundakı gəmi Tanzaniya bayrağı altında üzürdü.

Narkotiklər ballast çənlərində gizlədilib.

Əməliyyat zamanı gəmidə olan on nəfər saxlanılıb: dörd kolumbiyalı, üç nikaraqualı, iki panamalı və bir ekvadorlu. 

Chosen
44
ucnoqta.az

1Sources