EN

Gənclik Mall un qarşısında hərəkəti iflic edən bu problem nə vaxt həll ediləcək? ŞİKAYƏT VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Fətəli xan Xoyski küçəsində müşahidə olunan tıxac problemi uzun müddətdir gündəmdə saxlanılsa da, bu məsələnin həlli istiqamətində heç bir nəticə yoxdur. Avtosfer.az-ın məlumatına görə, xüsusilə pik saatlarda bu ərazidə nəqliyyatın hərəkət sürəti faktiki olaraq dayanma həddinə çatır. Sıxlıq Vaqif prospektindən başlayaraq Gənclik Mall-un qarşısınadək davam edir.

Problem əsasən ticarət mərkəzinin parkinqinə giriş hissəsində yaranır. Parkinqə daxil olmaq istəyən avtomobillər ayrılmış zolaqda sıxlıq yaratdığı üçün sürücülər ikinci zolağa çıxaraq oradan dönməyə çalışırlar. Nəticədə düzünə istiqamətdə hərəkət üçün cəmi bir zolaq qalır və bu da nəqliyyat axınının ləngiməsinə, uzun tıxacın formalaşmasına səbəb olur. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, ticarət mərkəzinin qarşısını keçdikdən sonra yol yenidən açılır və hərəkət normallaşır.

Məsələnin həlli üçün ya ikinci zolaqdan qanunsuz şəkildə dönən sürücülərə qarşı inzibati tədbirlər görülməlidir, ya da ticarət mərkəzinin rəhbərliyi aidiyyəti qurumlarla birlikdə parkinqə giriş mexanizmini yenidən təşkil etməlidir. Əks halda bu ərazidə tıxac problemi davam edəcək.

Fərid

Oxunub 96

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
128
avtosfer.az

1Sources