EN

Tramp İrana mümkün zərbələri dəstəkləyə biləcəyini bildirib

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın raket proqramına zərbələr endirməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, "CBS News" telekanalının 15 fevral tarixli məlumatına görə, Ağ Ev rəhbəri İsrailin baş naziri Benyamin Netanyahunun mümkün hücumlarına faktiki olaraq “tam səlahiyyət” verib.

Məlumatda deyilir ki, Tramp dekabr ayında Mar-a-Laqo görüşündə Netanyahuyla danışarkən İsrailin İranın ballistik raket proqramına zərbələrini dəstəkləyəcəyini bildirib.

ABŞ lideri Vaşinqtonla Tehran arasında razılaşma əldə olunmasa, İsraili dəstəkləyəcəyinə söz verib. ABŞ Müdafiə Nazirliyi və kəşfiyyatın yüksək vəzifəli nümayəndələri isə İsrailin İrana mümkün yeni zərbələrinə dəstək variantlarını müzakirə edirlər.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
icma.az

2Sources