EN

"Ölkəmizin coğrafi vəziyyəti təkcə xəritədəki mövqeyi deyil"

2026-cı il fevral ayının 11- Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə ölkə başçısı qeyd edib ki, “Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu bizdən asılı olmayan üstünlükdü”. 

Azərbaycan Asiya ilə Avropa arasında yerləşən mühüm geostrateji məkanda qərarlaşıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməyimiz ölkəmizi beynəlxalq tranzit və logistika mərkəzinə çevirib. Bu mövqe təkcə fiziki yükdaşımalar üçün deyil, həm də informasiya, enerji və rəqəmsal bağlantılar baxımından böyük imkanlar yaradır. Məhz bu səbəbdən ölkəmizdə formalaşdırılmış müasir nəqliyyat və energetika infrastrukturu artıq yeni mərhələdə-rəqəmsal transformasiya mərhələsində strateji baza rolunu oynayır.

Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji infrastrukturunu möhkəmləndirir. Ölkə rəhbəri bildirib ki, “Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edili. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik.

Ölkəmizin coğrafi vəziyyəti təkcə xəritədəki mövqeyi deyil, strateji üstünlük kimi formalaşdırılmış milli inkişaf konsepsiyasının əsas sütunlarından biridir. Bu üstünlük düzgün planlaşdırma, koordinasiya və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi, texnoloji və siyasi gücə çevrilib. Qarşıdakı mərhələdə əsas məqsəd bu potensialı daha da dərinləşdirərək ölkəmizi regionun aparıcı rəqəmsal və innovasiya mərkəzinə çevirməkdir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Chosen
50
1
redaktor.az

2Sources