EN

Piyadaların nəzərinə – Yol Polisi müraciət etdi


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmələri ilə bağlı müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idarədən bildirilib.
“Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.
Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.
Dəyərli piyadalar!
Chosen
28
36
yeniavaz.com

10Sources