EN

Yol Polisi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmələri ilə bağlı müraciət edib.

Bu barədə Ölkə.az-a idarədən bildirilib.

"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - idarədən əlavə olunub.

Chosen
42
36
olke.az

10Sources