EN

Transfer savaşı: “Qarabağ”a Rusiyadan ciddi rəqib

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın heyətinə qatmaq istədiyi braziliyalı futbolçu Derik Laserda ilə daha bir klub yaxından maraqlanır. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat verilib.26 yaşlı hücumçu ilə danışıqlarda vasitəçi olan şəxslərdən biri "Kuyaba"da çıxış edən oyunçu ilə danışıqlar aparıldığını təsdiqləyib. Lakin Rusiya təmsilçisi "Baltika"nın da forvardla maraqlanması işi çətinləşdirir. Qonşularımız Laserdaya rəsmi təklif də göndəriblər. "Baltika" hücumçunu sonradan satın almaq hüququ ilə icarəyə götürmək istəyir.Maraqlıdır ki, "Qarabağ" Nəriman Axundzadənin ABŞ-ın "Kolombus Kru" komandasına keçməsindən sonra hücumçu axtarışlarını sürətləndirib. Derik Laserda alınmayacağı təqdirdə ağdamlılar başqa alternativlərə yönələcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
sport24.az

1Sources