EN

Möhtəşəm və prinsipial mövqe

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Möhtəşəm və prinsipial mövqe nümayiş etdirildi. Hörmətli Mehriban xanımın səsləndirdiyi qısa, lakin məzmunlu ifadə mahiyyət etibarilə geniş siyasi mövqeni özündə ehtiva edirdi. Bəzən uzun və geniş izahlı çıxışlardan daha çox, yerində və konkret deyilmiş fikir daha güclü ictimai təsir gücünə malik olur.Sözügedən iki kəlmə sadəcə cavab deyil, eyni zamanda aydın mesaj, prinsipial yanaşma və qətiyyətli mövqe idi. Bu yanaşma siyasi məsuliyyətin, sözün çəkisinin və dövlətçilik prinsipinin ifadəsi kimi qiymətləndirilə bilər. Qısa, lakin dərin məzmunlu mövqe ictimaiyyətə açıq şəkildə göstərdi ki, dövlətçilik məsələlərində prinsipiallıq dəyişməzdir və milli maraqlar hər zaman üstün tutulur.Ölkəni tərk etdikdən sonra xaricdə məskunlaşaraq Azərbaycan Respublikasına qarşı əsassız və qərəzli fikirlər səsləndirən şəxslərin bəyanatları cəmiyyət tərəfindən obyektiv qiymətləndirilir. Dövlətçilik prinsiplərinə sadiqlik, milli maraqlara hörmət və məsuliyyətli ictimai davranış hər bir vətəndaş üçün əsas meyardır.Vaxtilə məsuliyyətdən yayınaraq xarici dairələrdə sığınacaq axtaran şəxslərin bu gün ölkəmiz haqqında ittiham xarakterli çıxışlar etməsi nə hüquqi, nə də mənəvi baxımdan əsaslı hesab oluna bilməz. Dövlət və cəmiyyət qarşısında məsuliyyət daşımayan mövqelər ictimai etimad formalaşdırmaq gücündə deyil.Azərbaycan Respublikasının rəhbərliyi milli maraqları əsas tutaraq prinsipial mövqe nümayiş etdirir və dövlətimizin nüfuzuna xələl gətirməyə yönəlmiş istənilən qərəzli yanaşmaya adekvat münasibət bildirir. Bu, hüquqi dövlətçilik və siyasi məsuliyyət prinsiplərinin ardıcıl şəkildə qorunduğunu bir daha təsdiq edir.Sözün dəyərini qoruyan, mövqeyini aydın və qəti şəkildə ifadə edən şəxslərə ehtiram ifadə etmək hər bir vətəndaşın mənəvi borcudur.Pervane Qulıyeva, ictimai-siyasi fəal

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
newscenter.az

2Sources