EN

İncə şəkildə verilən, tam sərrast diplomatik cavab- ÖZƏL

"Diplomatiyada fransız mənşəli bir  termin var-"bon mot".  İncə şəkildə verilən, amma tam sərrast diplomatik cavab məhz belə adlandırılır.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxendə "France 24" telekanalı əməkdaşının Qarabağdan özləri çıxıb gedən hayların geri dönmələri haqda "leading question"-ini, yəni müsahibdən istəniləni əldə etmək məqsədi ilə səsləndirilən yönləndirici sualını cavablandırarkən dedikləri bax, əsl  "bon mot" idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatə Sahib Alıyev deyib: " Müxbir: Bəs, yeni səhifə açmaq baxımından, sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı bir az mərhəmət hiss edirsinizmi?
Prezident İlham Əliyev: Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
101
olaylar.az

1Sources