EN

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat başlayır

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbul imtahanı üçün qeydiyyat bu həftəbaşlayır.

Trend bubarədə Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanlarındaiştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizəqəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərindəaparılacaq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ikizona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıisə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkilolunacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbulimtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsilmüəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaqimtahanı may ayında təşkil olunacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarınınikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək.Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – mayaylarında aparılacaq.

Chosen
78
27
az.trend.az

10Sources