EN

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynadakı münaqişə başa çatsa belə, Rusiya alyans üçün uzunmüddətli təhlükə olaraq qalacaq. 

Bizim.Media xəbər verir ki, onun sözlərindən “RBK-Ukrayna” nəşri sitat gətirib.
 

“Gəlin əvvəlcə sülh sazişi bağlayaq, sonra nə olacağına baxarıq. Amma NATO üçün indi tam aydındır ki, Rusiya alyansın bütün ərazisi üçün uzunmüddətli təhlükədir”, — deyə Rütte qeyd edib. Bununla yanaşı, o bildirib ki, Şimali Atlantika Alyansı kifayət qədər güclüdür və Rusiya “ona hücum etməyə cəhd göstərməyəcək”. 


Rütte əlavə edib ki, əgər Rusiya ilə hərbi blok arasında toqquşma məhz indi baş versəydi, alyans qalib tərəf olardı.

Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə vurğulayıb ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil. Ötən il Slovakiyanın baş naziri Robert Fico ilə görüş zamanı da bu fikrini təkrarlayıb. Putinin sözlərinə görə, Rusiyanın Qərb ölkələrindən birinə hücum edəcəyi barədə danışan siyasətçilər “dəhşət filmləri üzrə mütəxəssislərdir”.

Putin əlavə edib ki, hazırda Rusiyanın Avropaya hücum edəcəyi barədə isterika qızışdırılır. Onun fikrincə, sağlam düşüncəli insanlar üçün bu cür bəyanatlar açıq-aşkar təxribat və ya “tam səriştəsizlik”dir.

Bizim.Media

Chosen
34
bizim.media

1Sources