EN

Beş ildə 836 uşaq övladlığa verilib

Bakı. Trend:

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası vətənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Trend xəbərverir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən dövrdə nazirliyin tabeliyində SosialXidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan422 nəfəri oğlan, 414 nəfəri qızdır. Uşaqların övladlığa verildiyiailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşınaçatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdəisə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan agentliyinreinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaqmüəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq özailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindənmüəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların özailələrində saxlanılması təmin olunub.

Chosen
40
22
az.trend.az

10Sources