EN

Ramazan ayı bu tarixdən başlayır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Fevralın 18-i gecə niyyət edilir, fevralın 19-u isə ilk oruc günüdür. Demokrat.az-ın məlumatına görə, sabah Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətva verəcəyi gözlənilir.Fevralın 19-da - ilk oruc günündə imsak vaxtının 06:06-ya, iftar vaxtının isə 18:30-a təsadüf edəcəyi gözlənilir.Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
4
demokrat.az

5Sources