EN

Polşa Ottava konvensiyasından çıxır

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Polşa radiosu”nun məlumatına görə, bu qərar Rusiya və Belarusla sərhədlərdə güclü müdafiə xətlərinin yaradılmasına yönəlmiş daha böyük “Şərq qalxanı” strategiyasının bir hissəsidir. Varşava bildirir ki, Rusiya tərəfindən artan təhdidlər fonunda humanitar məhdudiyyətlərə riayət etmək təhlükəli assimmetriya yaradır. Bu baxımdan, milli təhlükəsizliyin təminatı üçün həmin təhdidlərin aradan qaldırılması zərurəti yaranıb. Polşa parlamentinin Milli Müdafiə Komitəsinin sədr müavini Yoanna Klüzik-Rostkovskaya qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı minalanmış sahələrin effektivliyi polşalı qanunvericilər üçün həlledici amil olub. Onun sözlərinə görə, Polşa münaqişə vəziyyətində təkcə öz torpağında düşmənin minalanmış sahələri ilə üzləşməkdənsə, öz sertifikatlaşdırılmış mina ehtiyatını saxlamağa çalışır. “İşğalın əvvəlində ukraynalılar sərhəddə təxminən üç milyon piyada əleyhinə minadan istifadə etdilər ki, bu da rusları əhəmiyyətli dərəcədə gecikdirdi. Sadəcə olaraq məlum oldu ki, bu minalara ehtiyac var. Aydın idi ki, hər hansı bir qarşıdurma olarsa, onsuz da Polşa ərazisində piyada əleyhinə minalar peyda olacaqdı. Yeganə sual bu idi ki, onlar Rusiya, yoxsa Polşa istehsalı olacaq”, – Yoanna Klüzik-Rostkovskaya vurğulayıb. Polşa əvvəllər Baltikyanı ölkələr və Finlandiya tərəfindən dəstəklənən Ottava Konvensiyasından imtina edən regional tendensiyaya qoşulur. Estoniya, Latviya və Litva 2025-ci ilin sonunda konvensiyadan çıxmalarını yekunlaşdırıblar, Finlandiya isə bu prosesi 2026-cı ilin yanvarında başa çatdıraraq Baltikdən Arktikaya qədər effektiv şəkildə minalanmış müdafiə xətlərinin vahid zəncirini yaradıb. Polşanın hərbi rəhbərliyi artıq yeni nəsil minaların, o cümlədən NATO-nun şərq sərhədlərində təhdidlərin qarşısının alınmasının mühüm elementi kimi, PUA-lar vasitəsilə məsafədən mina yerləşdirmə sistemlərinin kütləvi istehsalı üçün tədarükçülərin axtarışını elan edib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
azvision.az

1Sources