EN

Ramiz Mehdiyev bu peşəkarları “soyundurdu” - Video

Ramiz Mehdiyev və onun quldur şəbəkəsinin ölkəni və xalqı satdığını, dövlətdən milyonlarla vəsait oğurladığını dedik, ancaq onun Azərbaycan mediasına vurduğu yaralar da var axı. Gəlin, onlardan da danışaq.

“Yeni Sabah” Axar.az-a istinadla xəbər verir ki, bu sözləri AzTV-nin rəhbəri Rövşən Məmmədov müəllifi olduğu “Həftə” verilişində deyib.

“İllərdir Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycan mediasının düşünən beyinləri, peşəkarlar ya öz işindən uzaqlaşdırılıb, ya da…

Bəli, Azərbaycan mediasına bu cür sağalmaz yaralar vurulub. Mediamıza belə zərbələr vuran, müstəqil düşünmək, yaratmaq, müasir dünya mediası ilə ayaqlaşmaq, dövlətini, xalqını, milli dəyərlərini peşəkar formada təbliğ etmək kimi düşüncə tərzinə qarşı çıxan və kimisini qondarma media şəbəkələri ilə qara piar aparmaqla, kimisini də şantajla nəzarət altında saxlamaqla naftalin iyi verən “informasiya strategiyaları”nı normal düşünən jurnalistlərin beyninə doldurub, onlardan manqurt ordusu yetişdirməyə çalışmaqla Ramiz Mehdiyev və əlaltıları Azərbaycan mediasına elə zərbə vurub ki, həmin zərbə və damğaların ağrısı bu gün də hiss olunur”, - deyə Məmmədov əlavə edib.


Telegram kanalımız
Chosen
49
1
yenisabah.az

2Sources