EN

BƏƏ Azərbaycan şirkətlərini qlobal bazarlara çıxarmaq üçün qida mərkəzi rolunu təklif edir (ÖZƏL)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan şirkətlərini ölkəyədəvət edir və BƏƏ-ni qlobal bazarlara ixrac üçün bir qida mərkəzi(hub) kimi istifadə etmələrini istəyir.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qida və İçkilər üzrəBiznes Qrupunun Baş katibi Abdul Vahid bu gün Bakıda keçirilənAzərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasıçərçivəsində Trend-ə açıqlamasında deyib.

"Mən Qida və İçkilər üzrə Biznes Qrupunu təmsil edirəm. Bu qurumqida şirkətləri ilə hökumət və ixrac strukturları arasında bütünqarşılıqlı əlaqələrin qurulmasını və koordinasiyasını həyatakeçirir. Burada olmağımızın əsas məqsədi Azərbaycan şirkətlərininBƏƏ-dəki şirkətlərlə daha sıx əlaqələr qurmasını təmin etməkdir.Biz istəyirik ki, Azərbaycan şirkətləri BƏƏ-yə gəlsin,fəaliyyətlərini burada qursun və BƏƏ-ni qlobal bazarlara ixrac üçünbir qida mərkəzi (hub) kimi istifadə etsinlər", - o bildirib.

A. Vahid eyni zamanda vurğulayıb ki, BƏƏ brendlərinin Azərbaycanşirkətləri ilə sıx əməkdaşlıq edərək qida sahəsində keyfiyyəti vəmükəmməlliyi növbəti mərhələyə daşıması hədəfləyirlər: "Biz buradaçox maraqlı bir tərəfdaşlıq potensialı görürük. Məsələn, buradakıbir bölgədən çıxarılan təbii mineral su diqqətimizi çəkdi və həminməhsulun BƏƏ bazarına daxil olmaq istəyi var.
Biz "Azərsun Holding" şirkəti ilə də əməkdaşlıq etmişik. Buşirkətin BƏƏ-də də iri investisiyaları mövcuddur və biz bumünasibətlərin daha da genişlənməsində maraqlıyıq. Bununla yanaşı,investisiya axtaran digər qurumlar da var – ət məhsullarınınixracı, nar ixracı kimi sahələr gündəmdədir. Burada bir şirkətlə dəgörüşdük və bu, mənim üçün çox maraqlı oldu".

Bu günə qədər BƏƏ tərəfindən Azərbaycana yatırılaninvestisiyaların dəqiq məbləğini dəqiq rəqəmlərlə ifadə edəbilməyəcəyini söyləyən BƏƏ-li nümayəndə qeyd edib ki, Azərbaycanşirkətləri ilə BƏƏ arasında çox güclü və möhkəm əlaqələr mövcuddur:"İndi bu münasibətlərin daha da güclənməsi nəticəsində BƏƏ-yəyönələn investisiyaların artması gözlənilir. Bunun üçün əsas şərtmövcud imkanların daha aydın və görünən olmasıdır. İmkanlar nəqədər aydın təqdim olunsa, maraq da bir o qədər artacaq.
Qida təhlükəsizliyi baxımından da bu əməkdaşlıq çox önəmlidir.Azərbaycan kimi güclü ilkin istehsal potensialına malik ölkələrləBƏƏ arasında möhkəm münasibətlərin qurulması hər iki tərəf üçünstrateji əhəmiyyət daşıyır".

Chosen
81
az.trend.az

1Sources