EN

Kəmaləddin Heydərova iki müavin təyin edildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Kommersant.az xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Chosen
39
26
kommersant.az

10Sources