EN

Heydərovun yeni müavinləri kimlərdir? - Dosye

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olublar.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Yusif Mahmud oğlu Nəbiyev uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb. O, 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur. General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) olub. Xanlar Cəbrayılov isə 1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun "gömrük xidməti mayoru" olduğu bildirilir.

O, FHN yaranandan - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Chosen
65
12
buta.tv

10Sources