EN

Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

Bakı. Trend:

Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsibarədə yalan məlumatın yayılması cinayət hesab ediləcək.

Trend AliMəhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinadedərək bu qənaətə gəlib.

Mediada yalan məlumatın yayılması

Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmışhəqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fizikişəxsin şərəfini, ləyaqətiniləkələməsə də, onun şəxsi toxunulmazlıq hüquqununpozulmasına səbəb ola bilər.

Bildirilib ki, mediada nikahda olan şəxsinməhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etməsi barədəyalan məlumatın yayılması buna misal olabilər.

Şəxsi həyatın toxunulmazlığınıpozma

Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olanməlumatların, belə məlumatları əks etdirən sənədlərin, video vəfoto çəkilişi materiallarının, səs yazılarının yayılması, habeləsatılması və ya başqasına verilməsi qanunsuz toplanılması1000 manatdan 2000 manatadəkmiqdarda cərimə və ya 240 saatdan 480saatadək ictimai işlər və ya 1 ilədəkmüddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindənistifadə etməklə törədildikdə, pilotsuz uçuş aparatlarındanistifadə etməklə törədildikdə 3 ilədək müddətəmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə 2ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya2 ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılır.

Şəxsi toxunulmazlıq hüququ

Konstitusiyaya əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququvar.

Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var.Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatınamüdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatınaqanunsuz müdaxilədən müdafiə hüququ var.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatıntoplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yolverilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəsonun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, videovə foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruzqoyula bilməz.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onunhaqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onunbarəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habeləqanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatlarındüzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etməkhüququ var.

Chosen
35
15
az.trend.az

10Sources