EN

Ötən ay narkotik satan səkkiz qadın həbs edilib

Bu ilin yanvar ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 207 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, onlardan 199-u kişi, səkkizi qadındır:

"Məsuliyyətə cəlb edilmiş üç xarici ölkə vətəndaşından ümumilikdə 48 kiloqram 900.246 qram müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkarlanıb, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kiloqram 341.549 qram narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kiloqram 240.1 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kiloqram 691.5 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kiloqram 128.62 qram artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı dörd fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə dörd nəfər azalıb. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalıb".

Hesabatda bildirilib ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kiloqram 400.634 qram (82.9%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kiloqram 86.6 qramı (85.6 %) marixuana olub. Onun da 648 kiloqram 809.2 qramı (84.8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kiloqram 277.4 qramı (15.1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

Chosen
22
4
bakivaxti.az

8Sources