EN

Türkiyədə mafiyaya qarşı əməliyyat keçirilib

ain.az bildirir, Reyting.az portalına istinadən.

İstanbul polis idarəsinin şəhər prokurorluğu ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyatda “qəsdən adam öldürməyə cəhd”, “ağır soyğunçuluq”, “ictimai təhlükəsizliyə təhlükə yaratmaq”, “əmlaka zərər vurmaq”, “iş yerlərinə və nəqliyyat vasitələrinə atəş açmaq” və “təhdidlər” də daxil olmaqla 9 hadisədə iştirakları şübhə doğuranların şəxsiyyəti və ünvanı müəyyən edilib.

Reyting.az xəbər verir ki, İstanbul, Kocaeli, Muğla və Tekirdağda müəyyən edilən ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda 33 şübhəli saxlanılıb.

Qısa araşdırmadan sonra 2 şübhəli həbs edilib. Beləcə, 4 vilayətdə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyatda həbs edilən 35 şübhəli məhkəməyə çıxarılıb. Məhkəmə onlar barəsində həbs qərarı verib və hazırda istintaq gedir.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
reyting.az

1Sources