EN

“Kiyev Rusiyanın hücumlarından sonra Qərbdən təcili silah gözləyir” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın kütləvi hücumlarından sonra ölkəsinin təcili silah tədarükünü gözlədiyini bildirib.

Herbiand.az xəbər verir ki, Ukrayna lideri bu barədə Telegram kanalında yazıb.

Zelenski qeyd edib ki, son bir həftə ərzində Rusiya qüvvələri Ukraynaya təxminən 1300 zərbə dronu, 1200-dən çox idarə olunan aviabomba və təxminən 50 raket atıb. Bunların əksəriyyəti ballistik raketlər olub.

Dövlət başçısı həmçinin məlumat verib ki, Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər zamanı Ukrayna nümayəndə heyəti Kiyev üçün yeni hərbi yardım paketləri barədə razılığa gələ biliblər. Onlar indi silahların mümkün qədər tez çatdırılmasını gözləyirlər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
14
herbiand.az

1Sources