EN

Vüsal qol vurdu, komandası inamlı qələbəyə sevindi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 24-cü turun oyununu keçirib.

Fanat.Az xəbər verir ki, komanda evdə “Tirana” ilə üz-üzə gəlib.

“Partizani” bu oyunda 2:0 hesablı qələbəyə sevnib. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdə qərarlaşıb.

Chosen
62
fanat.az

1Sources