EN

Yaxın Şərqdə sülh masası yenidən qurulur? AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın Şərqdə davam edən qarşıdurmalar fonunda diplomatik təmaslar yenidən intensivləşib. Humanitar vəziyyətin ağırlaşması və beynəlxalq təzyiqlərin artması tərəfləri atəşkəs masasına yaxınlaşdırır. Vasitəçilərin iştirakı ilə aparılan danışıqlar müəyyən yumşalma siqnalları versə də, prosesin davamlı olub-olmayacağı hələ də müzakirə mövzusudur.

Bəs atəşkəs təşəbbüsləri tərəfləri real kompromisə apara bilərmi?

Mövzuyla bağlı Bakvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Yaxın Şərqdə uzun müddətdir gərginlik ocağı var. Bunun əsas səbəbi İsrail-Fələstin qarşıdurmasıdır. Ümumilikdə İsrail dövləti yarandığı gündən indiyədək müxtəlif dövrlərdə Fələstin torpaqları hesabına ərazisini genişləndirib.

Politoloqun sözlərinə görə, bunu özünümüdafiə, terrorla mübarizə və təhlükəsizlik arqumentləri ilə əsaslandıraraq hərbi əməliyyatlar keçirməklə həyata keçirib:

"Ümumiyyətlə, “Böyük İsrail” ideyası zaman-zaman gündəmə gətirilib.

Bu yaxınlarda İsrailin Baş naziri “vəd olunmuş torpaqlar” ifadəsini işlədərək həmin əraziləri əldə edəcəklərini bəyan edib. Bu isə o deməkdir ki, İsraildə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, bu layihə davam etdirilir. Zaman-zaman İsrail ərazisini genişləndirərək qonşu dövlətlərin torpaqlarına müdaxilə edib".

A.Məsiyev qeyd edib ki, istər Suriya, istər Fələstin, istərsə də digər qonşu ölkələrlə İsrail daim konfrontasiya vəziyyətində olub. Məqsəd ərazini genişləndirməkdir:

"İsrail ABŞ-nin hərbi və siyasi dəstəyi olmadan bu siyasəti həyata keçirə bilməz. Ümumilikdə ABŞ İsrail vasitəsilə Yaxın Şərqdə öz maraqlarını təmin edir. Müxtəlif dövrlərdə hərbi əməliyyatlar aparılır, sonra isə atəşkəs və sülh danışıqları elan olunur.

Qəzzada on minlərlə insanın həlak olduğu qeyd edilir və bunun dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyi vurğulanır. Buna baxmayaraq, İsrailə qarşı açıq və ciddi təzyiq göstərilmir. Bunun səbəbi isə arxasında ABŞ-nin dayanmasıdır".

Azad Məsiyev: İsrailin Yaxın Şərqdə ərazi genişləndirmə siyasəti davam edir

Müsahibimiz bildirir ki, bu gün sülh və müvəqqəti atəşkəsdən danışılması beynəlxalq təzyiqi azaltmaq məqsədi daşıyır. Bir müddətdən sonra isə müxtəlif bəhanələrlə hərbi əməliyyatlar yenidən başlayır. Tarix boyu bu ssenarinin dəfələrlə təkrarlandığı bildirilir:

"İstər Fələstin-İsrail, istər İran-İsrail münasibətləri kontekstində regionda sabitlik problemi davam edir. ABŞ ərəb dünyasına qarşı İsraildən maksimum istifadə edir. Hansı ərəb dövləti ABŞ-nin siyasəti ilə uzlaşmırsa, İsrail faktoru ön plana çıxarılır.

İsrailin Yaxın Şərqdə ərazi genişləndirmə siyasəti davam edir. ABŞ və yəhudi lobisinin dəstəyi olmadan bu siyasətin həyata keçirilməsi mümkün deyil. Əgər ABŞ İsrailə dəstək verməsəydi, İsrail bu qədər aqressiv siyasət yürüdə bilməzdi".

Onun sözlərinə görə, hazırda aparılan sülh danışıqları isə görüntü xarakterlidir, müvəqqətidir və növbəti hərbi əməliyyatlara vaxt qazanmaq məqsədi daşıyır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
bakivaxti.az

1Sources