Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 113,8 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə Bakıvaxtı.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,6 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,3 % artaraq 241 manat olub.
Xatırladaq ki, ötən ay ölkədə 9 milyard 78,7 milyon manatlıq və yaxud 1 il əvvələ nisbətən 1,7 % çox ÜDM istehsal olunub.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 2,3 % artıb.
Ay ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 885 manat olub.