EN

DTK sədrinin ardınca spiker və nazirlər getdi: Çevriliş?

ain.az, Axar.az saytına istinadən bildirir.

Qırğızıstanda çevriliş üçün heç bir ilkin şərt yoxdur.

Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Heç bir çevriliş və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanunda belə hal nəzərdə tutulmayıb (nazirlərin istefasının hakimiyyət dəyişikliyinə səbəb olması nəzərdə tutulur – red.), ikincisi, belə bir vəziyyət mövcud deyil”, - o bildirib.

Qeyd edək ki, fevralın 10-da Japarov uzun müddətdir yaxın silahdaşı olan Kamçıbek Taşiyevi Baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edib. Bundan sonra parlament spikeri istefa verib və bir neçə nazir vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
81
axar.az

1Sources