EN

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Azərbaycanda keçiriləcək dünyanın ən nüfuzlu şəhərsalma sərgisi üçün müraciətlərin qəbulu davam edir.

Publika.az xəbər verir ki, mayın 17-dən 22-dək Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün son müraciət tarixi 31 martdır.

İştirak ərizələri onlayn şəkildə qəbul olunur və “ilk müraciət edənə üstünlük verilməsi” prinsipi əsasında nəzərdən keçirilir. Bu baxımdan, sərgidə iştirak üçün erkən müraciət etmək tövsiyə olunur. Qeyd edək ki, hər kateqoriya üzrə yalnız bir müraciət məqbul sayılır.

Qeyd edək ki, beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq. 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur.

Chosen
39
13
publika.az

10Sources