“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi tərəfindən ciddi araşdırılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Gülcahan İmanqızı
***
11:37
Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.
***
11.03
Bakıda qadın estetik əməliyyatdan sonra ölüb.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləçən “Medi Hall” hospitalda baş verib.
Fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova hospitalda bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub və fevralın 13-də ölüb.
Araşdırma aparılır.